Həcc ziyarətini başa vuran zəvvarlar 14 günlük karantin keçəcəklər
Qahirə, 4 avqust, AZƏRTAC
Həcc ziyarətini başa vuran zəvvarlar evlərində 14 günlük karantin keçəcəklər.
AZƏRTAC xəbər verir ki, onlar bu müddət ərzində qollarına taxılan elektron qolbağı çıxara bilməzlər. Bu qolbaq vasitəsilə Səudiyyə Ərəbistanının müvafiq qurumları zəvvarların COVID-19-a yoluxub- yoluxmadığını “Tatamman” adlı internet proqramı ilə təsbit edəcək. Qeyd edək ki, elektron qolbaqlar zəvvarlara Həcc ziyarətindən 14 gün əvvəl keçirdikləri karantin dövründə taxılıb.
Bu arada, Səudiyyə Ərəbistanının Həcc və Ümrə məsələləri Nazirliyi pandemiya şəraitində növbəti Ümrə ziyarətinə hazırlıq işlərinin başlandığını bəyan edib. COVID-19-un yayılması səbəbindən Krallıq martın 4-dən keçirilməsi nəzərdə tutulan bu ziyarəti ləğv etmişdi.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin son məlumatına görə, son 24 saat ərzində Krallıqda yeni növ koronavirusa 1258 nəfər yoluxub, 32 nəfər isə vəfat edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]