Hədəf Liseyi Qazaxıstanın təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir
Bakı, 28 aprel, AZƏRTAC
Hədəf Liseyi beynəlxalq əlaqələrini ildən-ilə genişləndirir.
Liseydən AZƏRTAC-a bildiriblər ki, bu təhsil müəssisəsinin direktoru Şəmil Sadiq Qazaxıstanın paytaxtı Astanada Nazarbayev Beynəlmiləl Məktəbində olub.
Məktəbin direktoru Mieram Zəkanov ilə görüşdə hər iki təhsil müəssisəsi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Ş.Sadiq Nazarbayev Beynəlmiləl Məktəbi, buradakı fənn kabinələri, zəngin kitabxana, şahmat məktəbi ilə tanış olub, eyni zamanda, Hədəf Liseyi haqqında qazaxıstanlı həmkarlarına geniş məlumat verib.
Hədəf Liseyində yaradılmış Elmi İnteraktiv Muzey, linqafon otağı, “Dədə Qorqud” otağı barədə məlumatlar maraqla qarşılanıb.