Həkimlər bir araya gəlib talassemiyalı uşaqlar üçün qan veriblər
Bakı, 15 aprel, AZƏRTAC
“Referans Medical Group”un əməkdaşları Birinci vitse-prezident Mehriban Əliyevanın müxtəlif qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün zəruri qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq “Leyla Medical Center”də könüllü qanvermə aksiyası təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, “Referans Medical Group”un daxilində fəaliyyət göstərən Referans Klinik Laboratoriya Mərkəzi, “Leyla Medical Center” və LOR Hospitalın 200-dən çox əməkdaşı və pasiyentləri bir araya gəlib qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün təşkil olunan bu aksiyada iştirak ediblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzin Qan Bankının dəstəyi ilə keçirilən aksiyada toplanan bütün qan ehtiyatları bir başa olaraq Mərkəzi Qan Bankına yönləndirilib.