HƏRBİ ƏMƏKDAŞLIQ PLANI UĞURLA İCRA OLUNUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, mayın 12-dən 15-dək Çex Respublikasının Vişkov şəhərindəki SNT Təlim Mərkəzi ilə tanışlıq təşkil olunmuşdur.
Azərbaycan ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, mayın 14-dən 2009-cu il iyunun 4-dək San-Antonio şəhərində “Piyada kapitanları” kursu keçiriləcəkdir.
Hərbi əməkdaşlıq planlarına uyğun olaraq, tədbirlərə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də qatılmışlar.