Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarımız bu gün hava məkanımızı tam gücündə qorumağa qadirdir

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarımız bu gün hava məkanımızı tam gücündə qorumağa qadirdir

14 Fevral - Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bakı, 14 fevral, AZƏRTAC

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin təsis olunması günüdür. Azərbaycan Hərbi Hava Qüvvələri Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür. Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ci il fevralın 14-də Milli Ordunun Hərbi Hava Qüvvələri (HHQ) ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. 1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və Hava Hücumundan Müdafiə Qoşunları təşkil edib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.

Onu da qeyd edək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

AZƏRTAC xəbər verir ki, bu gün ən müasir təyyarə və helikopterlərlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Son iyirmi ildə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onun aviaparkı müasirləşdirilib.

Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib.

Pilotlarımızın beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını daim artırmaqdadır

Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən hazırkı dövrədək HHQ daim inkişaf etməkdədir. HHQ-nin pilotlarının beynəlxalq təlimlərdə iştirakı onların uçuş və döyüş hazırlığını daim artırmaqdadır. Hazırda Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız, əsasən, Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.

Azərbaycan Ali Təyyarəçilik Məktəbi 1998-ci ildən müasir standartlara uyğun tədris keçməklə gənc zabitləri hazırlamaqda davam etməkdədir. HHQ-də kifayət qədər peşəkar zabit kadrlarının olması kadr potensialının parlaq inkişafından xəbər verir. Gənc zabitlərin digər ölkələrdə təşkil olunmuş beynəlxalq təlim və kurslarda iştirakı, hərbi akademiyalarda təhsil almaları onların peşəkarlığının gündən-günə artmasına şərait yaradır. Qardaş Türkiyə Respublikası ilə HHQ-nin təlimləri Azərbaycan hərbi pilotlarının NATO standartlarının öyrənilməsinə, onların döyüş hazırlıqlarının artırılmasına və ikitərəfli münasibətlərin daha da yaxınlaşmasına səbəb olub. Azərbaycan hərbi pilotları Avropa dövlətləri ilə hərbi təlimlərin keçirilməsinə hazırlıqlarını inkişaf etdirirlər. Mütəmadi olaraq Azərbaycanda “TurAz Qartalı” birgə taktiki-uçuş təlimləri keçirilir.

Bu gün Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrinin flaqmanı olan Heydər Əliyev adına Hərbi İnstitutda da müxtəlif ixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətin çətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda hər bir əmrə hazırdırlar. Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri fakültələrində aviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrə peşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər, silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiya xidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.

Hərbi şahinlərimiz paradlarımızda qüdrətlərini nümayiş etdiriblər

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirilib. 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu həmin paradda Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “Son illər ərzində ən müasir texnika və silahlar alınıbdır. Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri paradda Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi də olub. Kolona müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edib. Tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi olub. Ardınca İkinci Qarabağ müharibəsində Zəfərin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” - “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar-BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar - “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş olunub.

Eləcə də həmin paradda bundan başqa, Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə “Mİ-35” hücum helikopterləri qrupunun uçuşu olub. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılanıb. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycanın dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” və “MiQ-29” qırıcı təyyarələri və hərbi helikopterləri ötən il mayda “TEKNOFEST Azərbaycan”da pilotaj uçuşlarını həyata keçirib, hava şousu nümayiş etdiriblər.

Vətən müharibəsində Qələbənin qazanılmasında hava şahinlərimizin böyük rolu olub

Vətən müharibəsində Zəfərin başlanğıcı olan Aprel döyüşlərində Hərbi Hava Qüvvələri düşmənə uğurlu zərbələr endirib. Döyüşdə Mi-24 helikopterin üç pilotu - Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə qəhrəmancasına şəhid olublar.

Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsində Qələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbi qulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Vətən müharibəsində HHQ tərəfindən düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə “Qarabağ mücrüsü” adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantları idi. Düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud aviasiya vasitələri havaya qaldırıb kütləvi aviasiya zərbəsi imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər ediblər. İkinci tədbir kimi, düşmənin fəndi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, “kukuruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icra olunub və Vətən müharibəsinin ilk günlərində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarılıb. “Bayraktar”, “Harop”, “Sky Striker” zərbə dronları düşmən hədəflərini anında məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olunub. Bundan başqa, onlardan iki nəfəri eyni mükafata ölümündən sonra layiq görülüb. Həmin müharibədə Dövlət Sərhəd Xidmətinin pilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıblar.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu sahəsində islahatlar həyata keçirilib, yüksək pilotaja malik pilotlar yetişdirilib. Bu gün dövlətimizin başçısının diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texniki təminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.

2024-cü il fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Daha sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat veriblər.

HHQ-nin şəxsi heyəti Vətən müharibəsində olduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.

Xalqımız əmin ola bilər ki, bu gün silah sistemləri və hərbi texnikalarımızla Azərbaycanın hava məkanı düşmənin istifadəsindəki istənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurma vasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra da qorunacaq.

Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə təmsil olunan bütün hərbçilərimizi təbrik edir, onlara aydın fəza arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda”

Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib

Tramp: İran razılığa gəlməyi çox istəyir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb

Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib

Vensan Abubakar Türkiyədə azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

"Şimal" I Liqada qalıb

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatı başa çatıb

Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Ağsuda oğurluq edən şəxs həbs olunub

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub

Ağdamda şəhid ailələrinə və aztəminatlı şəxslərə qurban payları verilib

Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Azərbaycanda Qurban bayramıdır

BMT: Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır

İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib

İmişlidə yol qəzası olub, piyada xəsarət alıb