Himayədar valideynlərlə uşaqlar arasında münasibətlər daha da möhkəmləndirilir
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə himayədar ailələrlə görüş keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş himayədar ailə institutunun inkişafına töhfə vermək, himayədar valideynlərlə uşaqlar arasında münasibətlərin daha da möhkəmləndirilməsini təşviq etmək məqsədi daşıyıb.
31 May - Ümumdünya Himayədar Ailə Gününə həsr olunan görüşdə himayədar valideynlər və həmin ailələrə yerləşdirilən uşaqlar iştirak ediblər.
Tədbirdə himayədar ailələrin xidmətlə bağlı təəssüratları dinlənilib, əldə etdikləri təcrübələr ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.