Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həyatın yenidən canlandığı Xocavənddə gerçəkləşən arzular REPORTAJ VİDEO

Xocavənd, 30 iyul, AZƏRTAC

Qarabağın dilbər guşələrindən olan Xocavənddə həyat yenidən canlanıb. Xocavənd şəhəri ilə yanaşı, rayonun kəndlərində də genişmiqyaslı bərpa və quruculuq işləri görülüb və hazırda bu proses davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Böyük Qayıdış" Proqramına uyğun olaraq doğma yurdlarına qayıdan sakinlərin məskunlaşması təmin edilib, onlar üçün müasir yaşayış şəraiti yaradılıb və Xocavənddə yeni həyat başlayıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib ki, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində bərpa və əsaslı təmir işləri sürətlə davam etdirilir.

İyulun 11-də Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin, infrastrukturun və sosial obyektlərin bərpası ilə bağlı görülən işlərlə tanış olub, hər iki kəndə qayıdan sakinlərlə görüşüb. Güneyxırman kəndində ümumilikdə 549 fərdi yaşayış evi mövcuddur. Onlardan 379-u yaşayış üçün yararlıdır, 50 ev istismara tam hazırdır, cari il ərzində isə daha 197 evin hazır olması nəzərdə tutulur. İyulun 8-də kəndə ilk köç həyata keçirilib, 18 ailəyə evlərinin açarları təqdim olunub.

Quzeyxırman kəndində isə ümumilikdə 447 fərdi yaşayış evi mövcuddur. Onlardan 274-ü yaşayış üçün yararlıdır, 100 ev istismara hazırdır, cari il ərzində daha 244 evin istismara hazır olacağı nəzərdə tutulur. İyulun 8-də kəndə ilk köç çərçivəsində 21 ailədən ibarət 87 nəfər Quzeyxırmana - doğma yurduna qayıdıb.

“Ümumilikdə, Xocavənd rayonu üzrə 24 yaşayış məntəqəsində və Xocavənd şəhərində bərpa və əsaslı təmir işləri aparılır. Artıq Xocavənd şəhəri, Hadrut və Qırmızı Bazar qəsəbələri, həmçinin Sos, Xanoba, Xocavənd, Quzeyxırman və Güneyxırman kəndlərinə köç prosesi həyata keçirilib. Hazırda həmin yaşayış məntəqələrində ümumilikdə 919 ailə, 3 min 775 nəfər yaşayır. Bu, “Böyük Qayıdış” Proqramı çərçivəsində Xocavənd rayonunda həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm nəticələrindəndir", - deyə Təranə Quliyeva bildirib.

Xocavənd rayonu Quzeyxırman kəndində ilk məskunlaşan ailələrdən biri də Gözəlovlar ailəsidir. Ailə başçısı Ziyafət Gözəlov deyir ki, doğma yurda qayıtmaq yenidən dünyaya gəlməyə bərabərdir.

"1978-ci ildə Xocavənddə dünyaya göz açmışam. Orta məktəbdə oxuyanda ailəmizlə birlikdə məcburi köçkün düşdük. Uşaqlıq illərim Xocavənddə qaldı. Ağdam rayonunun Mərzili kəndində məskunlaşdıq. Bir il orada yaşadıqdan sonra Ağcabədi rayonuna köçdük. Daha sonra Beyləqan rayonunda dövlətimiz tərəfindən məcburi köçkünlər üçün salınan qəsəbədə məskunlaşdıq. Şəraitimiz yaxşılaşsa da, Vətən həsrəti ilə yaşayırdıq. 1997-ci ildə hərbi xidmətə yollandım. Xidmətimi başa vurduqdan sonra bir müddət təsərrüfat işlərində çalışdım. Daha sonra ordu sıralarında xidmətə başladım. Bizim hər birimizin bir amalı vardı, torpaqlarımızı işğaldan azad etmək. Qismət elə gətirdi ki, Vətən müharibəsinin iştirakçısı oldum. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz, sözün əsl mənasında tarix yazdı. Torpaqlarımız işğaldan azad edildi. Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdim. Torpaqlarımızı qarış-qarış azad etmək bizlər üçün qürur hissi oldu. Bu torpaqlar uğrunda canını fəda edən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm”.

Ziyafət deyir tarixi günlərə şahid olduq. Azad edilən torpaqlarımız dövlətimizin sayəsində yenidən dirçəldi: “Artıq Qarabağa köçmüşük. Mən buradan çıxanda 14 yaşım vardı. İndi övladlarım mənim həmin yaşımda Qarabağa qayıdıb. Bizim ilk qonağımız dövlətimizin rəhbəri İlham Əliyev oldu. Bu, bizim üçün unudulmaz bir andır”.

Ailə Quzeyxırman kəndində gözəl şəraiti olan evlə təmin edilib. Təsərrüfat üçün geniş həyətyanı sahə ayrılıb.

“Mənim üçün unudulmaz anlardan biri də odur ki, öz övladımı hərbi xidmətə buradan yola saldım. Burada yaşamaq, doğma torpağa qovuşmaq elə hisslərdir ki, onu sözlə ifadə etmək olmur. Sanki yenidən dünyaya gəlmişəm. Bir vaxtlar yarımçıq qalan xatirələrimi indi övladlarım burada davam etdirirlər. Xocavənddə illər sonra məzun olanlar arasında mənim də övladlarım olacaq. Bu, bizim üçün böyük qürurdur”, - deyə Ziyafət əlavə edib.

Evin xanımı Elnurə Gözəlova isə 1983-cü ildə Bakıda anadan olub. Ailə qurduqdan sonra həyat yoldaşından Qarabağ haqqında çox şeylər eşidib: "Həyat yoldaşım danışdıqca bu yerlər haqqında təsəvvürüm yaranırdı. Bir vaxtlar arzuladığımız anlar indi gerçək olub. Ailəmizlə birlikdə Qarabağa qayıtmışıq. Bura gələndə təsəvvür etdiyimdən də gözəl mənzərələrin şahidi oldum. Dövlətimizin sayəsində yenidən dirçələn Xocavənddə bizlər üçün bütün şərait yaradılıb. Bu yerlər çox səfalıdır, gözəl təbiəti, təmiz havası var. Elə bilirəm ki, mən də burada dünyaya göz açmışam. Bu torpaqlar bizim üçün çox doğmadır”.

Ailənin övladı Fatimə Gözəlova təhsilini Xocavənddə öz ata-baba yurdunda davam etdirəcəyi üçün çox sevinir: “Bu yerlər haqqında çox xəyallar qururdum. Atam hər zaman Qarabağın səfalı havasından, gözəl təbiətindən danışardı. Bura gələndə Qarabağın təsəvvür etdiyimdən də gözəl olduğunu gördüm. Çox sevinirəm ki, təhsilimi Qarabağda, Xocavənddə davam etdirəcəyəm. Burada məktəbi bitirdikdən sonra Qarabağ Universitetində təhsilimi davam etdirmək, daha sonra isə Xocavəndə qayıdaraq öz peşəm üzrə çalışmaq ən böyük arzumdur”.

Şəhid Zahid Əliyevin ailə üzvləri də Xocavənddə məskunlaşıblar. Şəhidin həyat yoldaşı Cəmilə Məmmədova deyir ki, Xocavənddə dünyaya göz açıb. Burada ailə qurub, övladları burada dünyaya gəlib.

“Xocavənddə çox gözəl günlərimiz keçib. Birinci Qarabağ müharibəsində həyat yoldaşım döyüşlərə qoşuldu. Özünümüdafiə batalyonunda vuruşurdu. Son ana qədər doğma yurdumuzu tərk etmədik. Həyat yoldaşım həmin döyüşlərdə şəhid oldu və itkin düşdü. Daha sonra biz də öz yurdumuzdan məcburi köçkün düşdük. Köçkünlük dövründə dövlətimizin hər zaman qayğısını hiss etdik. Amma Vətən həsrəti ilə yaşayırdıq, inanırdıq ki, bir gün bu yerlərə qayıdacağıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz bizlərə qələbə sevincini yaşatdı, torpaqlarımız azad edildi. İndi Qarabağdayıq”, - deyə Cəmilə xanım bildirib.

O deyir ki, indi şəhidlərin ruhu şaddır: “Xocavəndə qayıdandan sonra həyat yoldaşımı yuxuda gördüm. Çox xoşbəxt idi. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bir vaxtlar övladlarımla tərk etdiyim Vətənə indi həm övladlarımla, həm də nəvələrimlə qayıtmışam. Çox gözəl şəraiti olan evlə təmin olunmuşuq. Geniş həyətimiz var, artıq bir çox bitkilər əkmişəm. Buranın dağları da gözəldir. Tez-tez kəklikotu və digər müalicəvi bitkilər yığıram. Meyvə ağaclarımız da var. Bu yerlərin torpağı bərəkətli, havası və suyu safdır. Sanki yenidən dünyaya gəlmişəm", - deyə Cəmilə Məmmədova söyləyib.

Müxbir - Aydın Yavərzadə

Həyatın yenidən canlandığı Xocavənddə gerçəkləşən arzular REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq