“HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ BİRLİYİNİN VƏ DÖVLƏT MÜSTƏQİLLİYİNİN RƏMZİDİR”
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Ağcabədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə “Gənclər evi”ndə “ Heydər Əliyev Azərbaycan xalqının birliyinin və dövlət müstəqilliyinin rəmzidir” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada çıxış edənlər ümumilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, ulu öndərin rəhbərliyi altında Azərbaycan gəncliyinin vahid ideya ətrafında sıx birləşdirən qurumun yaradılmasından, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artmasından, yeni, müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasından danışmışlar.