Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDU
NƏCİB MİSSİYALI DİPLOMATİYA

Bir il əvvəl, 2007-ci ilin mayında Rusiyada Heydər Əliyev Fondunun nümayəndəliyi açılmışdır. Nümayəndəliyə Heydər Əliyevin nəvəsi Leyla Əliyeva rəhbərlik edir. Fondun filialının başlıca vəzifəsi ölkələrimiz arasında mədəni və sosiohumanitar körpülər yaratmaqdır.

Aleksandr KARAVAYEV

Postsovet məkanı ölkələri arasında mədəni və ictimai əlaqələrin zəifləməsi dövrümüzün aşkar əlamətlərindən biridir. Bu boşluq yetərincə inkişaf etmiş ticarət və siyasi əlaqələr fonunda paradoksal görünür. Görün Rusiyada nə qədər azərbaycanlı yaşayır? Azərbaycan diasporu ən çoxsaylı diasporlardan biridir. Lakin biz Azərbaycan haqqında nə bilirik? Orta statistik sakin bu ölkənin zəngin mədəniyyəti və dərin tarixi ilə heç bir əlaqəsi olmayan “ticarət” və “bazar” stereotiplərini yada salır. MDB-nin, demək olar, bütün respublikalarından söhbət gedəndə də belədir. Qonşularımızın da Rusiyanın humanitar və mədəni həyatı haqqında məlumatlarında bu boşluq özünü göstərir. Sanki müstəqillik illərində bizim aramızda hündür divarlar tikilmişdir. Beləliklə, Dmitri Medvedevin prezidentliyi dövründə Moskva və Bakı əsas diqqəti ölkələrimiz arasında sosiohumanitar ünsiyyətin yaradılmasına yönəltməlidirlər.

Azərbaycan tərəfi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin fəaliyyəti ilə bu cür əməkdaşlıq üçün zəmin yaratmışdır. Fond Azərbaycanın özündə təhsil sahəsindən (məktəblərin və məktəbəqədər müəssisələrin dəstəklənməsi) tutmuş, səhiyyə və mədəni inkişaf sahələrinədək bir çox proqramlar həyata keçirir.

Fondun proqramlarının irəliləyişini təmin edən əsas mexanizm vətəndaş diplomatiyasıdır. Əliyevlər ailəsinin, şəxsən Prezident İlham Əliyevin dünyadakı nüfuzu, onun xanımı Mehriban Əliyevanın geniş ictimai fəaliyyəti bu diplomatiyaya təkan verir. Rusiyada isə bu diplomatiyanın siması və bilavasitə icraçısı Prezidentin qızı Leyla Əliyevadır. Respublikanın birinci şəxsinin ailəsi yaradıcılıq səylərini, siyasi əlaqələrini və nüfuzunu ölkənin rifahı, onun mədəniyyətinin, dəyərlərinin kütlə və elita üçün cəlbedici obrazının yaradılmasına yönəldir. Azərbaycan üçün bundan yaxşı kombinasiya, təsəvvür etmək çətindir. Doğrudur, bir çox cəhətlərdən ölkənin müsbət və müasir obrazı, ilk növbədə, qavrama stereotiplərini və ümumilikdə böyük ölkə üçün davranış modelini formalaşdıran elitar qrupların (humanitar birliyin, biznesin yuxarı və orta qruplarının, KİV sahiblərinin, siyasi mühitin oyunçularının) qavrayışından asılıdır.

Leyla Əliyevanın Azərbaycanı Rusiya sosiomədəni məkanına gənc və müasir ölkə kimi təqdim edən “Bakı” aylıq jurnalını nəşr etdirməsi bu istiqamətdə əhəmiyyətli addım olmuşdur. Ağıl, gözəllik, moda, uğur bir-biri ilə əlaqəli anlayışlardır, onlar istənilən mədəniyyətləri birləşdirir və bu “müasirlik” ümumi “ənənəvi” yüksək mədəniyyətimizin təməlini ləğv etmir, yalnız möhkəmləndirir. Bu baxımdan, Fondun nümayəndəliyi Azərbaycanın yaradıcı kollektivlərinin Rusiyaya qastrollarını - caz ifaçılarının konsertlərini (bu Amerika musiqisinin ənənəsinin Bakıda güclü olması, onun ənənəvi Azərbaycan musiqisi olan muğamla sintezi məlumdur), teatr kollektivlərinin çıxışlarını (bu ilin martında “İbrus” teatrı Rüstəm İbrahimbəyovun pyesi əsasında müəllifin özünün səhnələşdirdiyi “İvan Buninin son höcəti” tamaşasını göstərmişdir) dəstəkləyir.

Fondun nümayəndəliyi Rusiyada Azərbaycanın dini-mədəni tolerantlığı obrazının bərpasına xüsusi diqqət yetirir. Fond Rusiyanın yetim uşaqlar üçün bir sıra internat məktəblərinə yardım göstərir, əlil uşaqlar üçün xeyriyyə aksiyaları keçirir. Məsələn, cari ilin fevralında “Zəif eşidənlərin dünyası” ümumrusiya təşkilatı ilə birlikdə Fond bu xəstəlikdən əziyyət çəkən uşaqların inkişafı proqramının dəstəklənməsi ilə bağlı genişmiqyaslı aksiya keçirmişdir. Rusiya məmurlarının, müxtəlif səviyyəli siyasətçilərin də bu tədbirə cəlb olunması xüsusilə əhəmiyyətlidir. Belə xeyriyyə tədbirləri xalqlarımızın yaxınlaşması istiqamətində, təkcə fiziki qüsurlarla deyil, həm də Rusiyada bəzən azərbaycanlı miqrantlara qarşı da büruzə verilən ksenofobiya elementləri üzündən ayrılan qruplar arasında stereotiplərin götürülməsinə kömək edir. Bu cür aksiyalarla Fond imkan daxilində Rusiyada müsbət “azərbaycanlı obrazı” formalaşdırır.

Gənclər arasında hansı əhval-ruhiyyənin formalaşmasından da çox şey asılıdır. Bu halda qeyri-formal kommunikasiya kanalları - formal maneələri və məhdudiyyətləri kökündən laxladan şəxsi şəbəkə təmasları, internet vasitəsilə ünsiyyət mühüm rol oynayır. Leyla Əliyeva özünün təhsil aldığı universitetin - MDBMİ-nin Azərbaycan gənclər klubuna başçılıq edir. Prezidentin qızının Rusiyanın müxtəlif ali məktəblərinin və şəhərlərinin azərbaycanlı gənclərini ətrafında birləşdirən sima olması tamamilə qanunauyğun haldır. Bir etnik submədəniyyətin məhdudiyyətlər çərçivəsini aradan qaldıran körpünü də o salır: Fondun nümayəndəliyi Rusiya və Azərbaycanın ali məktəbləri arasında əlaqələrin qurulmasına kömək edir, gələcəkdə isə Rusiya məktəbliləri və tələbələrinin Azərbaycanla və Azərbaycan gənclərinin Rusiya ilə tanışlığı formatında mədəni mübadilə proqramları həyata keçirmək niyyətindədir.

Fondun Rusiya filialı təkcə federal icra hakimiyyətləri və qanunvericilik hakimiyyəti səviyyəsində deyil, həm də federasiya subyektlərinin nümayəndələri ilə əlaqələr saxlanması istiqamətində xeyli səy göstərir. Fondun nümayəndəliyinin rəhbərliyi Sankt-Peterburqun qubernatoru, Tver, İvanovo və Tula vilayətlərinin rəhbərliyi ilə səmərəli əlaqələr qurmuşdur. Rusiya hakimiyyətinin və biznesinin digər regional elitası ilə də münasibətlər yaradılmışdır.

Azərbaycan diplomatiyasının mövqeyi baxımından Qarabağ münaqişəsi haqqında məlumatların yayılması kimi çox mühüm məqamı da xatırlatmamaq olmaz. Fondun nümayəndəliyi Azərbaycanın ən yeni tarixinin həm kədərli, həm də təntənəli məqamları ilə əlaqədar genişmiqyaslı aksiyalara, təşkil etdiyi tədbirlərə Rusiya siyasi elitasının nümayəndələrini də dəvət edir.

Sonda demək istərdik ki, təkcə bir təqvim ili ərzində Fondun Rusiya nümayəndəliyi əməkdaşlarının səyləri sayəsində biz gördük ki, Azərbaycan öz xarici siyasətinin təmin edilməsinin ən vacib cəhətlərindən biri olan soft power alətini, əslində sıfırdan necə qurmuşdur. Özü də Rusiya ilə dostluğa köklənmiş bu alət Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətinə müsbət təsir göstərir. Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanın Rusiyanın hüdudları çərçivəsində milli mənafelərini necə bacarıqla təmin etməyə nail olmasının əyani nümunəsidir.

ART-CEYNCİN DİNAMİKASI

Azərbaycan mədəniyyəti Rusiyaya getdikcə daha çox

populyar ixrac məhsuluna çevrilir

Rusiya-Azərbaycan əlaqələrinin, o cümlədən mədəni əlaqələrin dərin kökləri var və mübaliğəsiz deyə bilərik ki, heç bir siyasi, iqtisadi və digər sarsıntılar bu münasibətlərə təsir göstərə bilməz. Əməkdaşlığın möhkəm təməli olan rus dili Azərbaycanda yaşayır və tərəqqi edir. Ənənəvi bilinqvizmlə fərqlənən ölkəmizdə rus dili bir çox insanlar üçün, sadəcə, ünsiyyət vasitəsi deyil, həm də şairlər və yazıçılar bu dildə əsərlər yaradırlar. Azərbaycanda Rusiya mədəniyyətinə və incəsənətinə daim maraq göstərilir. Eyni zamanda, Azərbaycan mədəniyyətinin də Rusiyada layiqincə təmsil olunması üçün çox iş görülür.

Nailə BƏNNAYEVA

Ötən il ölkələrimiz arasında mədəniyyətin bütün sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə kömək edən tədbirlərlə zəngin olmuşdur. Təkcə onu xatırlatmaq kifayətdir ki, 2007-ci il Azərbaycanda Rus dili İli, inişil isə Rusiya İli idi. Bu münasibətlə çoxlu konfranslar, festivallar müsabiqələr, sərgilər və digər tədbirlər keçirilmişdir. Lakin demək lazımdır ki, bu sahəyə diqqət təkcə rəsmi İl statusu ilə bağlı deyildir. Hər il Azərbaycan pedaqoqları, o cümlədən rus dili və ədəbiyyatı müəllimlərini təcrübə keçmək, Azərbaycan məktəblilərinin komandalarını beynəlxalq rus dili olimpiadalarında, müsabiqələrində iştirak etmək üçün Rusiyaya göndərir.

Azərbaycan ədibləri Rusiyada özlərinin oxucu audutoriyalarını genişləndirirlər. Bəzi müəlliflərimiz rus dilində yazır (Çingiz Abdullayev buna parlaq misaldır), digərlərinin əsərləri tərcümə vasitəsilə Rusiya oxucularına təqdim olunur (məsələn, digər ustad yazıçımız Anar), ən əsası isə budur ki, ənənələr qorunub saxlanılır, yeni-yeni adlar meydana gəlir.

Digər tərəfdən, klassikanı yaddan çıxarmaq olmaz, daha doğrusu, elə ondan başlamaq lazımdır. Bunu xalq yazıçısı Anar rus dilində çapa hazırlanan böyük Azərbaycan şeir və nəsr antologiyası və Azərbaycan dilində müasir rus poeziya və nəsr antologiyası barədə danışarkən bildirmişdir.

Əlbəttə, ədəbiyyat və dil öz xüsusiyyətləri baxımından təmasların ən güclü sahələrindən olsa belə, onlardan yalnız biridir. Mədəniyyətin başqa sahələrində əlaqələr bunu deməyə əsas verir ki, Azərbaycan incəsənətinin digər növləri də rusiyalılar üçün getdikcə daha çox açılır. Azərbaycan Rəssamlar İttifaqının sədri, tanınmış fırça ustası Fərhad Xəlilovun bu günlərdə Moskvada keçirilən fərdi sərgisi buna əyani misaldır. Onun əsərləri Rusiyada əvvəllər də nümayiş etdirilmişdir. Budəfəki retrospektiv sərgidə rəssamın 30 illik yaradıcılığı dövründə çəkdiyi əsərlər təqdim olunmuşdu.

Əməkdaşlığın maraqlı formalarından biri də bizim müəlliflərin Rusiyada keçirilən yığma sərgilərdə, Rusiya müəlliflərinin isə ölkəmizdə təşkil olunan sərgilərdə, müsabiqələrdə və festivallarda iştirakıdır.

Bakıda və Azərbaycanın digər şəhərlərində mütəmadi olaraq Rusiya müəlliflərinin sərgiləri təşkil olunur. Son böyük tədbirlər kimi, Azərbaycanda Sankt-Peterburq və “RİA Novosti” günlərinə həsr olunmuş fotosərgiləri, habelə hazırda Şəkidə təşkil edilən “Rus ədəbiyyatının klassikləri” fotosərgisini buna misal gətirmək olar.

Ölkələrimiz arasında musiqi sahəsində mədəni mübadilənin də qədim kökləri var. Məşhur Rusiya ifaçıları Bakı Filarmoniyasında, Opera və Balet teatrında, Musiqili Komediya teatrında tez-tez çıxış edirlər. Məsələn, Azərbaycanda Sankt-Peterburq günləri həm də məşhur Mariya Teatrı aktyorlarının qastrolları ilə yadda qalmışdır. Bu yaxınlarda Bakıda Rostropoviçin xatirəsinə həsr olunmuş birinci festival keçirilmişdir.

İki ölkənin teatrları da qarşılıqlı qastrol səfərləri edir. Rüstəm İbrahimbəyovun tamaşaçıları rus yazıçısı Bunin ilə Azərbaycan yazıçısı Ümbülbanunun ağır, parlaq sevgi macərasından bəhs edən səhnə əsəri ilə heyran qoymuş “İbrus” teatrı bu yaxınlarda Moskvaya və Saranska qastrol səfərindən qayıtmışdır. Bakı Gənc Tamaşaçılar teatrı isə Moskvaya qastrol səfərinə hazırlaşır.

İncəsənətin digər sahələri ilə müqayisədə, muzey sahəsi, adətən, rəvan sürətlə inkişaf edir. Ancaq burada da əsl sıçrayış müşahidə olunur. Bu günlərdə Azərbaycan Muzey Mərkəzində Rus Muzeyinin virtual filialı kimi informasiya-maarifləndirmə mərkəzi açılmışdır.

Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin nümayəndəsi İqor Jukov bildirmişdir ki, Bakıda tammiqyaslı Rusiya Elm və Mədəniyyət Mərkəzinin, habelə Moskvada analoji Azərbaycan mərkəzinin açılması ilə bağlı danışıqlar aparılır. Bununla əlaqədar imzalanmış hökumətlərarası sazişlər yaxın vaxtlarda reallaşdırılacaqdır.

Bu günlərdə isə Rusiya Federasiyasını və Azərbaycan Respublikasını təmsil edən bütün rəsmi, qeyri-rəsmi təşkilatlar Rusiyada elan olunmuş Ailə ilinə həsr olunmuş silsilə tədbirlərin hazırlanması ilə məşğuldurlar.

Yuri Şedrin, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin başçısı:

“İKİMİLYARDLIQ SƏVİYYƏ TAMAMİLƏ REALDIR”

Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri sabit inkişaf dinamikasına malik dövlətlərarası münasibətlərin bütöv kompleksinin ən mühüm istiqamətlərindən biridir. Cari ildə ikitərəfli əmtəə dövriyyəsini 2 milyard dollara çatdırmaq planlaşdırılır. Lakin hər iki ölkənin hökumətləri hesab edirlər ki, aşkar nailiyyətlərə baxmayaraq, ikitərəfli qarşılıqlı əlaqələrin bu sahəsində istifadə olunmamış xeyli ehtiyatlar vardır.

İki ölkənin iqtisadi əməkdaşlığının problemləri və perspektivləri haqqında Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin başçısı Yuri ŞEDRİN söhbət açır.

-Son on ildə ölkələrimiz 1990-cı illərin dezinteqrasiya proseslərini aradan qaldırmağa və hər il qarşılıqlı əmtəə dövriyyəsinin həcmini artırmağa nail olmuşlar. Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin hazırkı səviyyəsi haqqında nə demək olar?

-RF Federal Gömrük Xidmətinin məlumatına görə, ötən il Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 1,723 milyard dollar təşkil etmişdir. Ötən illə müqayisədə artım 5 faiz olmuşdur. Keçən ilin yanvarında Azərbaycanın Rusiya qazını almaqdan imtina etməsini və bunun ticarət dövriyyəsinin 420 milyon dollar azalmasına səbəb olduğunu nəzərə alsaq, bu, heç də pis göstərici deyildir. Qazı nəzərə almadan, ötənilki artım sürətini 2006-cı ilin göstəriciləri ilə müqayisə etsək, əmtəə dövriyyəsinin, əslində, üçdəbir qədər artdığını deyə bilərik. Sevindirici haldır ki, keçən il Azərbaycan Rusiyaya ixracın həcmini 26,7 faiz artıra bilmişdir. Azərbaycanın ixracının strukturu bütövlükdə dəyişməmişdir: ümumi həcmin 76 faizini yenə də kənd təsərrüfatı və ərzaq məhsulları təşkil edir. Qalanı mahlıcın, kimya sənayesi məhsullarının, tikişsiz boruların və neft hasilatı üçün avadanlığın payına düşür. Rusiyanın Azərbaycana ixracının strukturunda isə əksinə, əlavə dəyəri yüksək olan malların payı ilbəil artır. Rusiyadan göndərilən malların dörddəüç hissəsindən çoxunu maşınqayırma, metallurgiya sənayesi məhsulları, müxtəlif nəqliyyat vasitələri, inşaat texnikası, kimya sənayesi məmulatı, metalyayma dəzgahları, habelə klinkerlər (odadavamlı kərpic), oduncaq, digər tikinti materialları və sair təşkil edir.

-Bu il Rusiya və Azərbaycan əmtəə dövriyyəsini hansı səviyyəyə çatdırmağı planlaşdırır?

-Qarşılıqlı əmtəə dövriyyəsinin səviyyəsi bu ilin axırında iki milyard dollara çata bilər. Bu səviyyəyə çatmaq üçün ölkələrimiz arasında ticarət dövriyyəsinin ötənilki bazası 16,1 faiz artmalıdır. Bu mənada cari ilin ilk iki ayının yekunları ümidvericidir: əmtəə dövriyyəsinin artım sürəti, demək olar, 40 faizə çatmışdır. Əlbəttə, müəyyən mənada artım (mütləq rəqəmlərlə), ümumən qiymətlərin qalxması, ilk növbədə, ərzaq məhsullarının bahalaşması ilə bağlıdır. Lakin bu il əmtəə dövriyyəsi göstəricilərinin artması bütövlükdə Rusiya ixracının, ilk növbədə, bir daha vurğulayıram, maşın-texnika qrupu malları ixracının daha da genişlənməsinin nəticəsi olacaqdır. Məsələn, minik avtomobillərinin, yük maşınlarının, inşaat texnikasının, kənd təsərrüfatı maşınlarının, tankerlərin, Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün vertolyot və təyyarələrin ixracından, Rusiya şirkətlərinin Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin və Bakı Metropoliteninin lokomotiv və vaqon parkının yeniləşdirilməsində iştirakından, metal məmulatının, neft-mədən avadanlığının, gübrələrin, müxtəlif tikinti materiallarının və s. ixracından söhbət gedir.

- Rusiya ilə mənfi ticarət saldosunu azaltmaq üçün Azərbaycanın nə kimi ehtiyatları vardır?

-Rusiya və Azərbaycan iqtisadiyyatlarının miqyasını müqayisə etmək çətindir, ona görə də ticarət saldosunda Rusiyanın xeyrinə olan əhəmiyyətli fərq hələ də qalmaqdadır. Lakin Azərbaycandan ixracın həcmi ilbəil artır və bu, mənfi saldonun azalmasına kömək edir. Məsələn, ötən il mənfi saldo 54 milyon dollar azalmışdır. Fərqi aradan qaldırmaq üçün Azərbaycanın böyük ixrac potensialı vardır. Ötən il bentonit istehsalı üzrə Rusiya-Azərbaycan müştərək müəssisəsinin yaradılması buna misal ola bilər. Onun məhsulunun xeyli hissəsi Rusiyaya, Ukraynaya və Belarusa göndərilir. Bu il Azərbaycanda alüminium istehsalı üzrə yeni müəssisələrin tikintisinə başlanmışdır. Tezsatılan bu mal yaxın gələcəkdə Rusiya bazarlarına ixracın sanballı maddəsinə çevrilə bilər.

-İkitərəfli ticarətin səviyyəsinin artmasına baxmayaraq, iki ölkənin qarşılıqlı investisiya fəallığı hələ kifayət qədər yüksək deyildir. Bu, nə ilə bağlıdır?

-Təəssüf ki, ölkələrimizin iqtisadiyyatlarına birbaşa sərmayə yatırımının həcmi hələlik aşağı səviyyədədir. Belə ki, Azərbaycanda Rusiya kapitalının iştirakı ilə fəaliyyət göstərən 308 müəssisənin əksəriyyəti (193 şirkət) yüz faiz Rusiya kapitalı ilə yaradılmışdır. Lakin ötən ilin yekunlarına görə, Rusiya Azərbaycan iqtisadiyyatına 8 milyon dollardan bir qədər çox sərmayə yatırmışdır. Rusiya şirkətlərinin Azərbaycan bazarında sərmayə fəallığının aşağı olmasının səbəbləri çoxsaylı amillərlə bağlıdır. Əsas səbəb budur ki, ölkələrimiz arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş indiyədək imzalanmamışdır. Məsələn, “Almalı” supermarketlər şəbəkəsinin yaradılmasına xeyli sərmayə qoymuş Rusiyanın ADA Group şirkəti Bakıda Avstriya bayrağı altında fəaliyyət göstərməyə məcburdur, çünki Azərbaycan bu ölkə ilə sərmayələrin qorunması haqqında müvafiq saziş imzalamışdır.

Buna baxmayaraq, bu il ölkələrimizin sərmayə əməkdaşlığında sıçrayışın baş verəcəyini gözləmək üçün real əsaslar vardır. Məsələn, Sabirabadda “Kirovets” təkərli traktorlarının və ekskavatorların yığılması üzrə müəssisənin yaradılması layihəsi olduqca perspektivlidir. Rusiyanın “Titan” qrupu bölməsi - Sumqayıt aşqarlar zavoduna, habelə Rusiya kapitalının iştirakı ilə yaradılmış “AzRosProminvest” birgə müəssisəsinə sərmayə axını gözlənilir. Bu il “LUKoyl” şirkəti “Yalama” D222 yatağının işlənilməsinə başlayacaqdır. Nəhayət, “Şimal-Cənub” beynəlxalq nəqliyyat layihəsi çərçivəsində sərmayə fəallığı üçün geniş meydan açılır.

Son illər Azərbaycan üçüncü ölkələrə sərmayə yatırımı sahəsində də ciddi tərəfdaşa çevrilir. Bu baxımdan Azərbaycan şirkətləri Volqa-Don kanalının ikinci növbəsinin tikintisində, Qara dənizin sahili boyu dairəvi yolun salınmasında, Soçidə Olimpiya obyektlərinin inşasında, habelə Olya limanının infrastrukturunun inkişaf etdirilməsində iştirak edə bilərdilər. Bir sözlə, əməkdaşlıq üçün meydan kifayət qədər genişdir. Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyəsi, milli iqtisadiyyatların artmaqda olan potensialı isə ikitərəfli ticari-iqtisadi əlaqələrin gələcəkdə inkişaf etdirilməsi üçün yaxşı əsas ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub