HEYDƏR ƏLİYEV MƏKTƏBİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ OLMUŞDUR
Universitetin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov xalqımızın ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs etmiş, dahi rəhbərimizin nurlu ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişdir.
15 iyun - Milli qurtuluş gününün tarixi əhəmiyyətini qeyd edən A.Məhərrəmov, bayram münasibətilə iştirakçıları təbrik etmişdir.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məruzə ilə çıxış edərək, Heydər Əliyevin dövlət quruculuğu doktrinasının mahiyyətindən danışmış, müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərini vurğulamışdır.
Natiq xalqımızın müdrik oğlunun böyük xilaskarlıq rolunu xatırlatmış, dahi rəhbərimizin zəngin siyasi irsinin daha dərindən tədqiq olunmasının əhəmiyyətini diqqətə çatdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]