“HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 1-də Qəbələ rayon mədəniyyət evində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə “Heydər Əliyev və dövlət-din münasibətləri”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Dindarlar seçici kimi” mövzularında məruzələr dinlənilmişdir.
Rayon icra hakimiyyətinin şöbə müdiri Qüdrət Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirləri Nizami Məmmədov və Ceyhun Məmmədov, rayon mədəniyyət və turizm idarəsinin rəisi Nargilə Qafarova çıxış edərək müasir dövrdə Azərbaycan hökumətinin din siyasətinin Heydər Əliyevin demokratik dövlət quruculuğu kursuna əsaslandığını və bu gün ölkəmizdə ictimai-siyasi sabitliyin, milli-mənəvi həmrəyliyin, etnik-dini tolerantlığın mövcud olmasından danışmışlar. Bildirilmişdir ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, milli-mənəvi dəyərlərə hörmət olmuş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir.
Çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [21:36]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [18:34]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
- 07.06.2026 [16:23]
Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
- 07.06.2026 [15:25]
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub
- 07.06.2026 [04:40]
Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]