“HEYDƏR ƏLİYEV VƏ MÜSTƏQİL AZƏRBAYCANIN GƏNCLİYİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev və müstəqil Azərbaycanın gəncliyi” mövzusunda yığıncaq keçirilmişdir. Tədbiri Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi təşkil etmişdir.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Həvva Məmmədova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini Bəxtiyar Əsgərov və başqaları ümummilli liderimiz Heydər Əliyevin həyat yolundan, ölkəmizin inkişafı və dünya miqyasında tanınması istiqamətində gördüyü nəhəng işlərdən, gənclərə diqqət və qayğısından danışmışlar. Natiqlər ulu öndərimizin ideyalarının bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, ölkəmizin gəncləri bundan sonra da dövlətimizin başçısının xarici və daxili siyasətini dəstəkləyəcək, respublikamızın sivil dünya birliyində öz layiqli yerini tutması, sosial-iqtisadi, mədəni tərəqqisi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]