Hindistan nümayəndəsi: Aztəminatlı ailələr üçün mənzil xərclərini azaltmaq olar
Bakı, 17 may, AZƏRTAC
“Şəhər əhalisi bir çox mənzil problemləri ilə üzləşir və biz həmişə deyirik ki, mənzil əlçatanlığı çox vacib məsələdir. Çünki şəhər ərazisində torpaq sahəsi məhduddur.
Bizdə müxtəlif əlçatan mənzil modelləri var ki, burada əsasən aztəminatlı ailələr üçün mənzil xərclərini həqiqətən azaltmaq və subsidiyalaşdırmaq olar. Dünyada əhalinin mənzillə təmin edilməsi çox çətin məsələdir, amma biz aztəminatlı ailələr üçün bu problemi minimuma endirə bilərik”.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Yeni Dehlidəki Hindistan Şəhərsalma İnstitutunun Şurasının üzvü Şantapa Balappa Honnur deyib.
“Azərbaycan gözəl bir ölkədir və düşünürəm ki, burada aparılan şəhərsalma prosesləri - xüsusilə “ağıllı” həll yollarından istifadə etməklə - aztəminatlı ailələr üçün mənzil təminatına töhfə verməkdə çox yaxşı rol oynaya bilər”, - deyə hindistanlı qonaq vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Nigeriyada 17 polis öldürülüb
- [12:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bakıda iki qardaş ölkənin dostluq gecəsi
- 16.05.2026 [23:30]
Nigeriyanın şimal-şərqində 42 məktəbli silahlılar tərəfindən qaçırılıb
- 16.05.2026 [23:25]
İraqın Hörmüz boğazı vasitəsilə neft ixracı aprel ayında kəskin azalıb
- 16.05.2026 [23:04]
Media: ABŞ Raul Kastronun həbs olunması ehtimalını nəzərdən keçirir
- 16.05.2026 [22:59]
BDU-da “Turan” ansamblının mühazirə-konserti təşkil olunub
- 16.05.2026 [22:46]