Hindistanda avtobus qəzası nəticəsində azı 11 nəfər həlak olub
Bakı, 10 iyun, AZƏRTAC
Hindistanın şərqində yerləşən Carhand ştatında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 11 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC ANI informasiya agentliyinə istinadla xəbər verir ki, insident iyunun 10-da səhər saatlarında Hazaribaq rayonunda baş verib. Avtomobil trasında sürətlə hərəkət edən avtobusun əyləc sistemi sıradan çıxıb, sürücü idarəetməni itirib və avtobus aşıb.
Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün pis vəziyyətdə olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol- nəqliyyat hadisələri ilə nəticələnir. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]