Hindistanda gəminin batması nəticəsində 127 nəfər itkin düşüb
Pekin, 18 may, AZƏRTAC
Hindistanda “Tauktae” siklonu Mumbay şəhərinin sahil sularında göyərtəsində 273 nəfərin olduğu gəminin batmasına səbəb olub. Hadisə nəticədə 127 nəfər itkin düşüb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı Hindistan hərbi dəniz qüvvələri yayıb. Köməyə gələn qüvvələr 146 nəfəri xilas ediblər. Hazırda itkin düşənlərin axtarışı aparılır. Axtarış işlərinə bir neçə gəmi və helikoter cəlb olunub.
Bildirilir ki, hadisə baş verəndə küləyin sürəti saatda 185 kilometrə çatırmış.
Qeyd edək ki, noyabrın 17-dən Hindistanın qərb sahillərində tüğyan edən "Tauktae" siklonu insan tələfatına səbəb olub, 150 mindən çox sakin isə təxliyə edilib. Təbii fəlakət səbəbindən Mumbay hava limanının fəaliyyəti dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]