Hindistanda şiddətli yağışlar və ildırımlar 30 nəfərin ölümünə səbəb olub
Bakı, 27 iyun, AZƏRTAC
Hindistanın şərqində yerləşən Bihar ştatında son sutka ərzində leysan yağışları və ildırımlar azı 30 nəfərin həyatına son qoyub, onlarla insan isə xəsarət alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Ştatda davam edən əlverişsiz hava şəraiti Hindistanda ənənəvi olaraq iyunun sonlarından sentyabr ayınadək davam edən musson yağışları mövsümünün yaxınlaşmasından xəbər verir. Buna qədər regionda onlarla insanın ölümünə səbəb anomal istilər hökm sürüb.
Yerli hakimiyyət orqanları həlak olan hər bir şəxsin ailəsinə 6 min dollara yaxın təzminat ödənilməsi barədə göstəriş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]