Hindistanda “Tauktae” siklonu nəticəsində ölənlərin sayı 20 nəfəri ötüb
Bakı, 18 may, AZƏRTAC
Hindistanın qərb sahillərində tüğyan edən "Tauktae" siklonu nəticəsində azı 21 nəfər həlak olub.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin 96 nəfər itkin düşüb. Güclü küləklərin aşırdığı ağaclar elektrik xətlərini zədələdiyi üçün yüz minlərlə insan işıqsız qalıb.
Yerli meteoroloji xidmətlərin məlumatına görə, mayın 17-də axşam saatlarında küləyin maksimal sürəti saatda 210 kilometrə çatıb. Siklon səbəbindən Qucarat ştatında yerləşən aeroportların fəaliyyəti dayandırılıb.
Bundan başqa Mumbay sahilləri yaxınlığında iki gəmi qəzaya uğrayıb. Əlverişsiz hava şəraiti xilasetmə əməliyyatlarını çətinləşdirir. Xilasedicilər qəzaya uğrayan gəmilərin göyərtəsində olan 400 nəfərdən hələlik yalnız 177-sini təxliyə edə bilib.
Siklonun tədricən zəifləməsinə baxmayaraq, meteoroloqlar yaxın günlərdə Hindistanın əksər rayonlarında, xüsusən Qucarat və Maharaştra ştatlarında güclü leysan yağışlar yağacağını proqnozlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:55]
NATO-nun Baş katibi Vaşinqtonda Trampla görüşəcək
- 19.06.2026 [12:54]
Pakistan tam elektron pasport sisteminə keçməyə hazırlaşır
- 19.06.2026 [12:47]
“Euractiv”: Avropa dron istehsalında Çindən asılı olaraq qalır
- 19.06.2026 [12:46]
Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]