Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ho Şi Min - Vyetnamda Fransa müstəmləkəçiliyinə qalib gələn lider

Pekin, 19 may, AZƏRTAC

Vyetnam xalqı mayın 19-da ölkənin sabiq prezidenti Ho Şi Minin anadan olmasının 131-ci il dönümünü qeyd edir. Prezident Ho Şi Min Vyetnam xalqının müstəmləkəçilik və xarici işğalçılara qarşı, habelə azadlıq və müstəqillik uğrunda mübarizəsində çox böyük rol oynayıb.

AZƏRTAC Vyetnamı xalqının azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qısa nəzər salır.

Vyetnam onilliklərlə Fransanın müstəmləkəsi olub. Həmin dövrdə Fransa vyetnamlılara qarşı böyük qəddarlıq nümayış etdirib. 1945-ci ildə Vyetnam xalqı Ho Şi Minin rəhbərliyi altında fransızlara qarşı hərbi mübarizəyə qalxıb və 9 il davam edən müharibə Vyetnam xalqının qələbəsi ilə nəticələnib.

Müstəmləkəçilər fransızlar ilə vyetnamlılar arasında son dərəcə düşmən və ayrı-seçkilik siyasəti həyata keçirirdilər. Ho Şi Min “Fransız müstəmləkəçiliyi mühakimə olunur” (1925) adlı əsərində avropalılar və yerli sakinlər arasında inzibati və hüquqi ayrı-seçkilik uçurumunu ifşa edir, fransızların mütləq hökmdar kimi hökmranlıq etdiklərini, vyetnamlılara qarşı olduqca qəddarlıqla davranaraq onları heç bir məhkəmə qərarı olmadan qətlə yetirdiklərini bildirirdi.

Fransız müstəmləkəçilər öz hakimiyyətlərini qorumaq məqsədilə “parçala və hökm sür” siyasətini həyata keçirirdilər. Bununla yanaşı, ədalət mühakiməsi sistemi tam olaraq fransızların maraqlarına xidmət edir, onların iştirakı ilə baş verən istənilən cinayətlər, o cümlədən yerli sakinlərin öldürülməsi barədə işlər üzrə qərarlar hər zaman fransızların xeyrinə verilirdi. Bununla yanaşı, on minlərlə vyetnamlı “qan vergisi” ödəyicisi olaraq Fransanın dünyanın müxtəlif yerlərində apardığı müharibələrə məcburi olaraq əsgər qismində cəlb olunurdu, buna etiraz edənlərin ailələrinə qarşı isə vəhşiliklər törədilirdi.

Vyetnam xalqının “maarifləndirilməsi” prosesində fransızlar həbsxanalardan və qilyatinadan geniş istifadə edirdilər. Bu gün muzey kimi istifadə edilən Hanoy həbsxanasında nümayiş etdirilən fiqurlar müstəmləkə dövründə fransızlar tərəfindən vyetnamlılara qarşı tətbiq edilən işgəncələri nümayış etdirir.

İqtisadi cəhətdən Fransanı zənginləşdirmək üçün Vyetnamın təbii ehtiyatlarını istismar etmək məqsədilə fransız müstəmləkəçiləri Vyetnamda iki iqtisadi islahatları, daha doğrusu iqtisadi istismar layihələrini həyata keçiriblər. Birincisi 1897-1914-cü illərdə, digəri isə 1919-1929-cu illərdə həyata keçirilən bu proseslər Vyetnamın təbii ehtiyatlarının talan olunmasına, ölkə iqtisadiyyatının ağır duruma düşməsinə, əhali arasında aclığın və xəstəliklərin geniş yayılmasına gətirib çıxarmışdı. Ən yaxşı əkinçilik əraziləri müstəmləkəçilərin və onların tərəfdaşlarının əlində cəmləşmişdi və kəndlilərin əksəriyyəti aclığa məruz qalmışdı. İkinci Dünya müharibəsi zamanı taxıl anbarlarının düyü ilə dolu olmasına baxmayaraq, təxminən 2 milyon vyetnamlı aclıqdan ölüb.

Aşağıdakı mənbə 1930-1933-cü illərdə Fransız Hind-Çinindəki müstəmləkə repressiyası və vəhşiliklərə dair bir fransız hesabatındandır: “Bu yerli nümayişlərdən sonra baş verən isterik repressiya böyük qəddarlıqlara səbəb oldu. Kütləvi həbslər baş verdi və işgəncə, mətbuatın yazdığına görə, xüsusilə elektrik işgəncəsi tətbiq olunurdu. Andree Viollisin sözlərinə görə, cəza növlərinə qida məhdudiyyəti, bastinado (ayaq altına zərbələr), dırnaqların altına vurulmuş sancaqlar, yarım asma, sudan məhrum etmə, gözlərin çıxarılması və çap olunması mümkün olmayan digər üsullar daxil idi. Əsasən Xarici Legion və Müstəmləkə Legionundan olan piyadalar daha qəddar idilər. Vəhşiliyin izahı xoş deyil, vəhşiliyi açıqlamaq isə faydalı bir təbliğat növü deyil. Ancaq legionerlərdən bəzilərinin 1933-cü ilin iyununda Hanoydakı məhkəmə prosesində həddindən artıq qəddarlıq tətbiq etdikləri ifşa olunub”.

Həmin məhkəmədə hakim və fransız zabitlər arasındakı dialoqa diqqət yetirək:

“Leytenant Lemoanne: Bütün məhbusları öldürmək üçün komendant Lambertin əmrlərini aldım. Bəzi hallarda, kommunistləri açıq cinayətdə tutdum və dərhal öldürdüm.

Hakim: Məhbuslara işgəncə verdiniz?

Lamoanne: Bu, əhaliyə təsir etmək üçün idi.

Kapitan Doucin: 8/10/30-un 280-ci gizli mesajında dəqiq bir təlimat verildi, açıq cinayətdə yaxalanan hər bir kommunistin edam edilməsinə dair əmr verildi ... Mən qanlı işlərin edildiyini yaxşı bilirəm. Bəs, kim vuruldu? Kommunistlər! Yaxşı, yetərincə vurulmadığını düşünürəm. Bu, mənim fikrim ...

Hakim [Legioner Palovskiyə]: Siz məhkumları edam etmək üçün təlimat almısınızmı?

Palovski: Bəli, bundan sonra bizi təbrik edən Mösyö Robinin göstərişi: Tres bien! Davam edin!"

Qeyd olunan məhkəmədə təqsirləndirilən fransız hərbçilərə bəraət verilib.

Bütün bunlara dözə bilməyən Vyetnam xalqı 1945-ci ildə fransız müstəmləkəçilərinə qarşı mübarizəyə qalxdı. Bu müharibə dövründə öncədən nümayiş etdirilən fransız amansızlığı daha da şiddətli hal almışdı. Buna baxmayaraq, Vyetnam xalqı 1954-cü ildə Dien Bien Fudakı qələbə ilə fransız müstəmləkəçiliyinə son qoydu.

Digər millətlərin başına ağlasığmaz zülmlər gətirmiş, böyük haqsızlıqlar etmiş, milyonlarla insanları qətlə yetirmiş və bir çoxlarına zülm etmiş Fransanın bu gün təcavüzkar Ermənistanın tərəfini tutması, əlləri uşaq və qadınların qanına bulaşmış Ermənistan siyasətçilərinin istənilən bəyanatlarını Fransa rəsmiləri tərəfindən sözbəsöz təkrarlamaları yuxarıda qeyd olunan tarixi hadisələr nəzərə alınmaqla artıq təəccüblü gəlmir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO