Hökumət Ödəniş Portalına qoşulan təşkilatların sayı artmışdır
Bakı, 30 oktyabr (AZƏRTAC). Azərbaycanın Hökumət Ödəniş Portalına (apus.az saytı) bir neçə yeni təşkilat qoşulmuşdur.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, bunlar Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar və İqtisadiyyat və Sənaye Nazirlikləridir.
Artıq vətəndaşlar bu təşkilatlara aid olan ödənişləri sərbəst - plastik kart vasitəsilə və ya istənilən bank və poçt idarəsində nağd ödəyə bilərlər.
Hökumət Ödəniş Portalından “apus.az” saytında göstərildiyi kimi, “Azəriqaz”, “Azərenerji”, “Azəristiliktəchizat”, “Azərsu”, “Bakıelektrikşəbəkə”, Baş Dövlət Yol Polisi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye Nazirlikləri, “Sumqayıt RET MMC”, Vergilər Nazirliyinin ödənişlərini etmək mümkündür və bu siyahı getdikcə artır.
Müvafiq proqram təminatı hazırda “Sinam” şirkəti tərəfindən müşayiət olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]