CƏMİYYƏT
Holger Heyms: Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etməsi təqdirəlayiqdir
![Holger Heyms: Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etməsi təqdirəlayiqdir](/files/2016/1/1200x630/14615872821659859601_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
İnsanların dinindən, milliyyətindən asılı olmayaraq birlikdə yaşadığı, bərabər hüquqlara malik olduğu ölkələrin arasında Azərbaycanın özünəməxsus yeri var. Bu mənada BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun məhz burada keçirilməsi təsadüfi deyil. İnklüziv cəmiyyətə malik olan Azərbaycanın belə nüfuzlu tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir.
AZƏRTAC-a müsahibəsində bu barədə danışan “Falcon” şirkətlər qrupunun ortağı Holger Heyms sözünə davam edərək deyib ki, insanların birlikdə rahat şəkildə yaşaması və bir-birlərini anlaması üçün ən vacib amil dil bilikləridir. Yaşadığı ölkənin dövlət dilini bilən insanların həmin cəmiyyətlərə asanlıqla inteqrasiya etdiyini bildirən forum iştirakçısı miqrantların xarici dil öyrənmələrinin, övladlarını təhsilə təşviq etmələrinin əhəmiyyətini vurğulayıb.
Holger Heyms Bakıda ilk dəfə olduğunu, şəhərimizi çox bəyəndiyini və yaxın gələcəkdə mütləq Azərbaycana turist kimi səfər edəcəyini bildirib.