II ELİZABETİN BACISININ ZİNƏT ƏŞYALARI 18,4 MİLYON DOLLARA SATILMIŞDIR
Məsələn, şahzadəyə məxsuz Faberje saatı 2,2 milyon dollara, onun toy diademası isə 1,7 milyon dollara alınmışdır.
Hərraca çıxarılan əşyalara alıçılar elə böyük maraq göstərmişlər ki, alış qiyməti bəzən nominal dəyərdən 100 dəfə artıq olmuşdur. Hərraca cəmi 800 əşya çıxarılmışdı.
Mütəxəssislər kolleksiyaya təxminən 8 milyon funt sterlinq qiymət qoymuşdular, lakin hərracın ilk günündə satılmış lotların məbləği 10 milyon funt sterlinqi ötmüşdür, özü də kolleksiya tam satılmamışdır.
Xatırladaq ki, Britaniya kralıçası II Elizabetin bacısı şahzadə Marqaret 2002-ci ilin fevralında Londonda qəflətən vəfat etmişdir. Bukinhem sarayının yaydığı rəsmi məlumata görə, 71 yaşlı şahzadə ağır ürək xəstəliyindən əziyyət çəkirmiş.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]