İLHAMƏ QULİYEVANIN CIXIŞI:
Bilirsiniz ki, qarşıdan prezident seçkiləri gəlir.Bizim hamımız həmin günü səbirsizliklə gözləyirik. Hamımız bilirik ki, Azərbaycan “yükünü” 30 ildən çox öz çiyinlərində daşıyan, xalqımıza rəhbərlik edən qüdrətli bir insan vardır. Bu böyük şəxsiyyət möhtərəm cənab Heydər Əliyevdir. Heç kəsin şübhəsi yoxdur ki, qarşıdakı seçkilərdə hamı möhtərəm Prezidentimizi dəstəkləyəcəkdir.
Hamıya bəllidir ki, respublikamızda “Yeni Azərbaycan Naminə” İctimai Hərəkat yaranmışdır. Mən zərrə qədər şübhə etmirəm ki, buraya toplaşanların hamısı, bütün sənət adamlarımız qarşıdakı seçkilərdə cənab Heydər Əliyevi dəstəkləyəcəklər. Sizi buraya dəvət etməkdə məqsədimiz odur ki, bu günlərdə yaranan “Yeni Azərbaycan Naminə” İctimai Hərəkata qoşulaq. Düşünürəm ki, bu gündən bizim hamımız bu hərəkata qoşuluruq. Hamımız qarşıdakı seçkilərdə möhtərəm Prezidentimiz Heydər Əliyevi dəstəkləyəcəyik.
Əlbəttə ki, bizi xoşbəxt gələcəyə aparan “Azərbaycan gəmisi”nin sükanı etibarlı əllərdədir. Bu əllərin sahibləri Heydər Əliyev və möhtərəm Prezidentimizin başladığı işin layiqli davamçısı İlham Əliyevdir.Biz qarşıdakı seçkilərdə həm Heydər Əliyevə, həm də gənclərimizin lideri olan İlham Əliyevə səs verəcəyik.
Biz möhtərəm Prezidentimiz Heydər Əliyevi ümidgahımız hesab edirik. Bu xoş günləri, firavanlığı, yüksək təqaüdləri, fəxri adları, dövlət mükafatlarını bizə o bəxş etmişdir. Biz bu etimadı Vətənə xidmətimizlə doğrultmalıyıq.