İQTİSADİYYAT
İMİŞLİ REGİONAL ENERJİ TƏCHİZATI MÜƏSSİSƏSİNDƏ REYDLƏR DAVAM EDİR
Bakı, 24 aprel (AZƏRTAC). “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirmişlər ki, İmişli Regional Enerji Təchizatı müəssisəsində cari ilin martında 158 istehlakçının sayğac uçot komplektində pozuntu aşkarlanaraq aktlar tərtib olunmuşdur. İtirilmiş 588 min kilovat-saata yaxın elektrik enerjisinin istehlak dəyərinin müəyyən hissəsi ödənilmişdir.
Cari ilin ilk rübündə 1168 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı müəyyənləşdirilmiş və müvafiq tədbir görülmüşdür.
Müəssisənin tərkibinə İmişli, Ağcabədi, Füzuli, Beyləqan və Saatlı Paylayıcı Elektrik şəbəkələri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:27]
® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb
- 21.05.2024 [19:14]
İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq
- 21.05.2024 [18:52]
Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib
- 21.05.2024 [17:50]
Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq
- 21.05.2024 [16:49]