İmişlidə istixanada baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
İmişli, 25 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda tərəvəz istixanasında baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi, Təcili Təxirə Salınmaz Tibbi Yardım heyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
16:48
İmişli rayonunda tərəvəz istixanasında yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın saat 16 radələrində başlayıb. Araz çayının kənarında yerləşən istixanada başlayan alov anidən güclənib. Dərhal hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi üçün tədbirlər görülür.