REGİONLAR
İmmunlaşdırma həftəsində 180-dən çox uşaq peyvəndə cəlb olunub
![](/files/galleryphoto/2022/2/1200x630/16543279726124416887_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16543279723276124065_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654327972607721398_1200x630.jpg)
Naxçıvan, 4 iyun, AZƏRTAC
Muxtar respublikada uşaqların sağlamlığının qorunması, onların infeksiyalara yoluxmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, bütün uşaqlar həkim nəzarəti ilə peyvənd təqviminə əsasən vaxtlı-vaxtında peyvəndə cəlb olunurlar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, şəhər və rayon xəstəxanalarında il ərzində qrafik əsasında immunlaşdırma ilə bağlı aksiyalar təşkil olunur, peyvənddən yayınanlar peyvənd vurulmasına cəlb edilirlər. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, ənənəvi olaraq təşkil edilən immunlaşdırma həftəsində növbəti dəfə Naxçıvan şəhəri üzrə 107, Şərur rayonu üzrə 13, Babək rayonu üzrə 23, Kəngərli rayonu üzrə 22, Ordubad rayonu üzrə 13, Şahbuz rayonu üzrə 5, Sədərək rayonu üzrə 1 olmaqla, ümumilikdə, 184 uşaq QPM, HİB, OPV, PK, DT, GDT, İPV peyvəndlərinə cəlb olunub.
İnfeksion xəstəliklərə yoluxma hallarının azaldılması və ya bu cür xəstəliklərin yarada biləcəyi ağırlaşmaların qarşısının alınması məqsədilə keçirilən immunlaşdırma həftəsi çərçivəsində aparılan düzgün maarifləndirmə işlərinin nəticəsidir ki, peyvənddən yayınanların sayında azalmalar qeydə alınır, valideynlər uşaqlarının peyvənd olunmasında könüllü iştirak edirlər.
Qeyd edək ki, bütün dünyada yayılan COVID-19 infeksiyasından ən çox əziyyət çəkən və ölüm sayının yüksək olduğu ölkələr sırasında peyvənddən imtina edən ölkələr üstünlük təşkil edir.