İmola meri Formula-1 İtaliya Qran-prisi yarışlarını növbələməyi təklif edir
Bakı, 22 iyun, AZƏRTAC
AZƏRTAC www.championat.com saytına istinadla xəbər verir ki, İmola şəhərinin meri Daniele Manka Montsada keçirilən Formula-1 yürüşünün təşkilatçılarına İtaliya Qran-prisini növbələməyi təklif edir. Xatırladaq ki, Montsadakı “F-1” yarışının aqibəti hələ də məlum deyil. Bir qədər əvvəl İmoladakı avtodromun sahibi Selvatiko Estense bildirib ki, Montsada mümkün olmayacağı halda, 2017-ci ildə İtaliya Qran prisi yarışlarının keçirilməsi barədə Formula-1-in promouteri ilə şərti müqavilə imzalayıb.
D.Mankanın sözlərinə görə, o, iki trasın nəzərə alındığı alyans təklif edib. Mer deyib: “Söhbət tarixinə hörmət etdiyim Montsa və 26-cı Qran-prini qəbul edən İmoladan gedir. Təklifimiz Montsa ilə rəqabət görüntüsü yaratmaq deyil, çünki biz yürüşü növbə ilə keçirə bilərik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]