İncəsənət məktəbinin fortepiano şöbəsinin şagirdlərinin konserti olub
Bakı, 17 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 4 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, həmçinin xalq rəqslərini, kinofilmlərdən musiqilər ifa ediblər. Məktəbi beynəlxalq müsabiqələrdə təmsil edən yetirmələrinin ifası konsertə xüsusi rəng qatıb.
Sonda məktəbin direktoru Kəmalə Həşimova çıxış edərək şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.