İndiyədək təqdim olunan e-imza sertifikatlarının sayı 78 min 510-a çatıb
Bakı, 9 fevral, AZƏRTAC
İndiyədək təqdim olunan elektron imza sertifikatlarının sayı 78 min 510-a çatıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) AZƏRTAC-a bildirilib ki, nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən ötən ilin dekabrında dövlət qurumları üzrə 664, fiziki şəxslər üzrə 134, hüquqi şəxslər üzrə isə 248 elektron imza sertifikatı istifadəyə verilib. Bu ilin yanvarında isə bu göstərici dövlət qurumları üzrə 1004, fiziki şəxslər üzrə 46, hüquqi şəxslər üzrə isə 224 təşkil edib.
Fevralın 1-nə olan statistikaya görə, dövlət qurumları üzrə 48 min 594, fiziki şəxslər üzrə 15 min 872, hüquqi şəxslər üzrə isə 13 min 820 elektron imza sertifikatı istifadəyə verilib. Ümumilikdə isə bu günədək RYTN-in Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan e-imza sertifikatlarının sayı 78 min 510-a çatıb.
Qeyd edək ki, 2015-ci il ərzində 4 milyondan artıq sənəd elektron imza kartları vasitəsilə imzalanıb.