İndoneziya hökuməti paytaxtın dəyişdirilməsi planını müvəqqəti təxirə salıb
Tokio, 25 aprel, AZƏRTAC
İndoneziya hökuməti büdcə vəsaitinin əsasən koronavirusla mübarizəyə yönəldilməsi ilə əlaqədar paytaxtın Kalimantan adasına köçürülməsi layihəsinə müvəqqəti fasilə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 25-də “The Straits Times” qəzeti ölkənin Maliyyə naziri Sri Mulyani İndravatiyə istinadla məlumat yayıb.
Nazirin sözlərinin sitat gətirən qəzet yazır: “Həmin layihəyə cavabdeh olan İctimai İşlər və Mənzil Tikintisi Nazirliyi yeni paytaxt üçün infrastrukturun yaradılması məqsədilə ayrılmış vəsaitin çox hissəsini koronavirusla mübarizəyə istiqamətləndirib. Bu vəsait mövcud xəstəxanaların müasirləşdirilməsinə və yenilərinin inşasına yönəldilib”.
O, həmçinin prezident Coko Vidodonun gələn ilin büdcəsində həmin layihəyə nə qədər vəsait ayrılacağı barədə hələ göstəriş vermədiyini də deyib.
Xatırladaq ki, İndoneziya Prezidenti yeni paytaxtın Kalimantan adasının cənub-şərqində təqribən 2024-cü ildə hazır olacağını demişdi. Təqribən 33 milyard dollara başa gələcək həmin layihəyə gələn il start verilməsi nəzərdə tutulurdu.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]