“İnformasiya təhlükəsizliyi” mövzusunda təlim təşkil edilib
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin ekspertləri tərəfindən banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri üçün "İnformasiya təhlükəsizliyi" mövzusunda təlim keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim 2017-ci il dekabrın 15-də bank sektorunda kibertəhlükəsizlik, kibercinayətkarlıq hallarının qarşısının alınması, informasiya texnologiyalarının təhlükəsizliyinin təmin edilməsi və maliyyə sektorunda IT təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması məqsədilə palata və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi arasında imzalanmış anlaşma memorandumuna əsasən baş tutub.
Təcrübə və diskussiyalarla keçən təlim informasiya təhlükəsizliyinin təmin olunması, müasir dövrdə informasiya texnologiyalarının üstünlükləri, mövcud problemlər və onların həlli yolları, bank hesablarının və digər konfidensial məlumatların qorunması mövzularını əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]