İnformatika üzrə beynəlxalq olimpiada ilk dəfə Rusiyada keçiriləcəkdir
Bakı, 2 oktyabr (AZƏRTAC). Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin saytında xəbər verilir ki, informatika üzrə beynəlxalq olimpiada (International Olympiad in Informatics, IOI) 2016-cı ildə Rusiyada keçiriləcəkdir.
Yarışların keçiriləcəyi yer Kazan şəhəri yaxınlığında tikilməkdə olan “İnnopolis” şəhərciyidir. Olimpiada Rusiyada ilk dəfə keçiriləcəkdir. 1990-cı ildə yarışlar Belarusun paytaxtı Minsk şəhərində keçirilmişdir. 2014-cü ildə isə yarış iştirakçılarını Qazaxıstan qəbul edəcəkdir.
2012-ci il Olimpiadası İtaliyanın Sirmione şəhərində keçirilmişdir. Ümumkomanda hesabında Rusiya yığması birinci yeri Çin komandası ilə bölüşmüşdür. Şəxsi hesabda birinci yeri amerikalı Conni Xo, ikinci yeri isə dəfələrlə o və digər müsabiqələrin mükafatçısı olmuş belorus Gennadi Korotkeviç tutmuşdur.
İnformatika üzrə beynəlxalq olimpiada 1989-cu ildən keçirilir. Qaydalara görə, hər ölkə yarışa milli olimpiadaların nəticələri üzrə seçilən dörd nəfər iştirakçı göndərə bilər. 2012-ci il Olimpiadasının tapşırıqları ilə yarışların saytında tanış olmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.05.2026 [18:00]
Rumınların böyük əksəriyyəti Avropa İttifaqını dəstəkləyir - sorğu
- 09.05.2026 [15:28]
Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər
- 09.05.2026 [14:52]
Macarıstanda yeni parlamentin açılış iclası keçirilib
- 09.05.2026 [14:11]
Praqa hava limanında dron insidenti uçuşları pozub
- 09.05.2026 [12:30]
Gürcüstanda faşizm üzərində qələbənin ildönümü qeyd olunub
- 09.05.2026 [08:38]
CNN: İranın Ali Rəhbəri hələ də Tehranın hərbi strategiyasını formalaşdırır
- 09.05.2026 [08:10]
Tramp: Hörmüz boğazında “Azadlıq layihəsi” əməliyyatı bərpa oluna bilər
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]