İngiltərə Premyer Liqası: "Liverpul" hesabına daha üç xal yazdıra bildi
Bakı, 17 mart, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı klublardan sayılan "Liverpul" səfərdə "Fulhem" komandasının qonağı olub. İlk dəqiqələrdən hücuma atılan "Liverpul" matçın 26-cı dəqiqəsində hesabı açıb. Sadio Mane Roberto Firminonun ötürməsindən sonra qapıya dəqiq zərbə endirib - 0:1. Hər iki komandanın cəhdlərinə baxmayaraq bu hesab fasiləyə qədər dəyişilməyib.
Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri hesaba tarazlıq gətirməyə nail olublar. Zerhak Anguissa adını tabloya yazdırıb - 1:1. Matçın bitməsinə yeddi dəqiqə qalmış "Liverpul" hesabda yenidən önə keçib. Hakimin cərimə meydançasında qayda pozuntusuna görə təyin etdiyi 11 metrlik cərimə zərbəsini Jeyms Milner dəqiq zərbə ilə tamamlayıb - 1:2. Oyun bu hesabla da başa çatıb.
Otuz bir oyunda 78 xal toplayan "Liverpul" hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Onun əsas rəqibi “Mançester siti”nin 30 oyundan sonra 76 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]