DÜNYA
İngiltərə xəstəxanalarında koronavirusu qripdən ayıracaq yeni testlər tətbiq olunacaq
London, 4 avqust , AZƏRTAC
İngiltərə xəstəxanalarında koronavirusu qripdən ayıracaq və 90 dəqiqə ərzində nəticə verəcək yeni testlər tətbiq olunacaq.
Gələn həftədən tətbiq ediləcək testlər baxım evlərində və laboratoriyalarda sınaqdan keçiriləcək.
Səlahiyyətlilər bu testlərin qış aylarında koronavirusu ümumi mövsümi qripdən fərqləndirmək üçün faydalı olacağını söyləyiblər.
Səhiyyə katibi Met Hankok yeni tətbiq olunacaq testlərin, xəstəliyin sürətlə yayılmasının qarşısının alınmasında yardımçı olacağını bildirib.
Qeyd edək ki, hazırda ölkədə koronavirus testlərinin dörddəüçü 24 saata, dörddəbiri isə 2 gün ərzində nəticə verir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]