İNGİLTƏRƏDƏ ŞAHZADƏ ÇARLZIN KONSEPSİYASI ƏSASINDA ŞƏHƏR SALINIR
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada vəliəhd Çarlz Uelskinin konsepsiyası əsasında şəhər salınacaqdır. Dorset qraflığında olacaq Şerford şəhəri 2020-ci ilədək tikiləcəkdir.
Şerford gələcəyin şəhəri, eyni zamanda, şahzadə Çarlzın insanın təbiətlə vəhdəti arzularının təcəssümü olacaqdır. Şəhərin böyük hissəsi avtonəqliyyat üçün bağlı olacaq velosipedə üstünlük veriləcəkdir. Küçə və meydanlar elə qurulacaq ki, evlərə mümkün qədər çox günəş işığı düşsün.
Şəhərsalmada enerjiyə qənaət edən ən yeni texnologiyalardan istifadə olunacaqdır. Məsələn, şəhəri elektrik enerjisi ilə külək turbinləri təchiz edəcəkdir. Hesablamalar göstərir ki, Şerford Böyük Britaniyanın ekoloji cəhətdən ən təmiz şəhəri olacaqdır.
Şerfordda qabaqcıl şəhərsalma ideyaları ənənəvi ingilis üsulunda həyata keçiriləcək. Əsas küçə qədim Malboro şəhərinin mərkəzi küçəsinə bənzəyəcək. Buradakı üçmərtəbəli mülklər qədim üslubda tikiləcəkdir. Şerfordda beş mərtəbədən hündür bina tikmək qadağandır.
Şəhər 12 min sakin üçün nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]