“İnsan hüquqlarının qorunmasında cəmiyyətin rolu” mövzusunda görüş keçirilib
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində Bülbülün Memorial Muzeyində “İnsan hüquqlarının qorunmasında cəmiyyətin rolu” mövzusunda görüş keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, muzeyin elmi işçisi Aytac Əhmədli “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” adlı məruzə ilə çıxış edib.
O, həmin mövzuda mühüm problemlərə toxunub. Görüşdə Azərbaycan Universitetinin tələbələri mövzu ilə bağlı çıxış ediblər.