“İnterAz” TV-nin yeni portalı fəaliyyətə başlamışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də “İnterAz” TV-nin yeni portalı fəaliyyətə başlamışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Dövlət Müstəqilliyi Günündə istifadəyə verilən portalda ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yeniliklər, regionda və dünyada gedən proseslərlə bağlı qaynar xəbərlər, analitik yazılar, müsahibə və reportajlar, maraqlı video və fotogörüntülər yayımlanacaqdır. Saytda dərc olunan materiallara yazılan oxucu şərhləri də əksini tapacaqdır. “İnterAz”ın rəsmi veb-səhifəsində (www.interaztv.com) “İnterAz” TV-nin efirində gedən verilişlər, xəbər buraxılışları, yayımlanacaq verilişlərin anonsları yerləşdiriləcək, telekanal haqqında, yayım əhatəsi, kollektiv barədə ətraflı məlumat veriləcəkdir.
“İnterAz” televiziyası Moskvadan yayımlanır. Telekanal 75-ci dərəcədə yerləşən LMI-1 (ABS-1) peyki ve Raduga Tv operatoru vasitəsilə Rusiya, MDB və digər ölkələrə açıq yayım həyata keçirir. “İnterAz” kanalına, həmçinin “KATV-1”, “Connect”, “AiləTV”, BBTV ve Smart (Gəncə) SNTV (Sumqayıt) kabel şəbəkələrində baxmaq mümkündür. Telekanal "Azerspace” peyki vasitəsilə də yayıma başlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]