İON İLİYESKUNUN “İSTİQLAL” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Rumıniya ilə Azərbaycan Respublikası arasında siyasi əlaqələrin genişləndirilməsi, hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, iki xalqın dostluq münasibətlərinin möhkəmləndirilməsindəki böyük xidmətlərinə görə Rumıniya Prezidenti İon İliyesku “İstiqlal” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti