İordaniya qəzetləri Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini dərc ediblər
Bakı, 17 fevral, AZƏRTAC
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Ölkəmizin İordaniyadakı səfirliyində AZƏRTAC-a bildiriblər ki, BMT-nin rəsmi dillərindən biri olan ərəb dilində yayılan həmin müraciət dost ölkənin aparıcı KİV-nin böyük marağına səbəb olub.
“Əl Ənbat”, Cohina”, “Alsaa”, “Nəbd Əl Balad” qəzetlərində tam mətni dərc olunmuş müraciətdə İordaniya ictimaiyyətinə 2020-ci ildə öz torpaqlarının işğalına son qoymuş dost və qardaş Azərbaycan xalqının XX əsr boyu Ermənistan tərəfindən məruz qaldığı cinayətlər barədə geniş məlumat verilib. Eyni zamanda, oxuculara sonradan Ermənistan adlanan və əslində, Azərbaycan torpaqları olan ərazidəki doğma yurdlarından qovulmuş azərbaycanlıların tarixi və qanuni hüquqları barədə real həqiqətlər də təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]