İqtisadiyyat nazirinin birinci müavini Lerikdə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 29 may, AZƏRTAC
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Lerik şəhərində Lənkəran şəhəri, Lerik və Astara rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi, infrastruktur, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.