İQTİSADİYYATA KREDİT QOYULUŞLARININ HƏCMİ ARTMIŞDIR
Kreditlərin 2321,9 milyard manatı (74,2 faiz) qısamüddətli, 806,3 milyard manatı (25,8 faiz) isə uzunmüddətlidir. Qısamüddətli kreditlərin 208,7 milyard manatı (9,4 faiz) və uzunmüddətli kreditlərin 76 milyard manatı (10,3 faiz) müddəti ötürülmüş kreditlərdir.
Dövlət bankları iqtisadiyyata 1291,5 milyard manat (41,3 faiz), özəl banklar 1477,6 milyard manat, (47,2 faiz), qeyri-bank kredit təşkilatları isə 359,1 milyard manat (11,5 faiz) kredit qoymuşlar.
Xarici kapitalın iştirakı ilə yaradılmış banklar iqtisadiyyatımıza 390,4 milyard manat, 100 faiz xarici kapitalla fəaliyyət göstərən banklar isə 96, 7 milyard manat kredit ayırmışlar.
Kreditlərin 1108,2 milyard manatı (35,4 faiz) manatla, 2020 milyard manatı (64,6 faiz) valyuta şəklində verilmişdir. Ayrılmış kreditlərin 635,6 milyard manatı (20,3 faiz) dövlət sektoruna, 2492, 6 milyard manatı (79,7 faiz) özəl sektora yönəldilmişdir.