Azərbaycan Dövlət İnformasiya Agentliyi

İran İslam İnqilabı: Dünən və bu gün

İran İslam İnqilabı: Dünən və bu gün

Tehran, 4 fevral, AZƏRTAC

İranda “Fəcr” günləri davam edir. İran İslam İnqilabının ildönümü münasibətilə hər il fevral (bəhmən) ayının ilk on günü İranda bayram günləri kimi qeyd edilir.

Müasir İran İslam Respublikası 1979-cu il fevralın 11-də baş vermiş İslam inqilabından sonra yaranıb. İnqilaba qədər İran Pəhləvi sülaləsinin rəhbərlik etdiyi monarxiya quruluşuna malik olan dünyəvi dövlət idi. Rza şah Pəhləvi qərbyönümlü siyasi kurs həyata keçirirdi. Tədricən ölkəyə İran xalqı üçün yeni və yad olan Avropa dəyərləri idxal edildi. Qadınlar başıaçıq gəzirdilər, televiziya kanallarında Qərb estrada ulduzlarının konsertləri nümayiş olunurdu, hətta Rza şah Hicri-şəmsi təqvimi də qadağan edərək Milad təqviminin tətbiqinə göstəriş vermişdi. Rza şah Avropa mədəniyyətini və həyat tərzini qəbul etsə də, Avropanın siyasi sistemini inkar edirdi. Hətta 1973-cü ildə ölkədə təkpartiyalı sistem yaradaraq digər partiya və hərəkatları qadağan etdi. İranın xüsusi xidmət orqanları isə narazılarla qəddarlıqla rəftar edirdilər. Bəzi məlumatlara görə, həmin dövrdə İranda 5 mindən çox siyasi məhbus var idi. Avropa və ABŞ-la yaxın əlaqədə olan şah rejiminin iqtisadi siyasəti dövlət əmlakını özəlləşdirməkdən ibarət idi. Bunun nəticəsində 1930-cu illərdən etibarən dövlətə məxsus iri müəssisələr Qərb şirkətləri tərəfindən alınmışdı. İranın neft, qaz, maşınqayırma, dağ-mədən sənayeləri xarici şirkətlərin əlində cəmləşmişdi. 1951-ci ildə demokratik yolla İranın Baş naziri seçilmiş Məhəmməd Mossadiq ölkədə mütərəqqi iqtisadi islahatlar həyata keçirməyə başladı. Xalqın dəstəyi ilə torpaq sahələrini və neft-qaz sənayesini milliləşdirərək dövlətə qaytaran Baş nazir M.Mossadiq ilə şah arasında ziddiyyətlər meydana gəldi. İri müəssisələrin dövlətə qaytarılması ABŞ və Avropa dövlətlərinin də iqtisadi maraqlarına uyğun gəlmirdi. Şah hakimiyyəti ilə razılaşmaya əsasən, ölkədən neft və qaz hasil edib dünya bazarına çıxaran şirkətlər İran dövlətinə heç bir vergi ödəmirdilər.

Baş nazirin islahatlarından hiddətlənən ABŞ bunun əleyhinə çıxsa da, M.Mossadiq yolundan dönmədi. İrandakı iqtisadi dividendlərinin əldən çıxacağını görən ABŞ İranda dövlət çevrilişi etdi. ABŞ-ın xüsusi xidmət orqanları “Ayaks” kod adı ilə əməliyyat keçirərək minlərlə iranlını küçələrə çıxardı və M.Mossadiqi hakimiyyətdən kənarlaşdırdı. İranın yaxın müttəfiqi olan ABŞ ordunun möhkəmlənməsində və neft-qaz sənayesini texnologiya ilə təmin etməkdə yaxından iştirak edirdi. Bunun müqabilində isə yuxarıda qeyd etdiyimiz kimi, İranın milli sərvətlərini cüzi qiymətə alaraq və dünya bazarında baha qiymətə sataraq milyonlarla dollar gəlir əldə edirdi. İran xalqı isə səfalət içində boğulurdu.

Vəziyyətin bu istiqamətdə inkişafı ölkə dindarlarını narahat edirdi. Onlar ölkədə xaricilərin ağalığına son qoymağı, milli sərvətlərin xalqa qaytarılmasını tələb edirdilər.

Şah rejimi əleyhinə kəskin çıxış edənlərdən biri İran İslam İnqilabının banisi Seyid Ruhulla Xomeyni idi. O, şah rejiminin ləğvini və respublika tipli dini (İslam) dövlətin yaradılması ideyasını irəli sürürdü. S.R.Xomeyni “İslam dövləti” əsərində öz fikirlərini daha aydın şəkildə izah edib.

Əhalinin sosial vəziyyətinin ağırlaşması ölkədə siyasi gərginliyə səbəb olurdu. 1977-ci ildə ABŞ-ın yeni dövlət katibi Sayrus Vensinin təkidi ilə Rza şah amnistiya elan edərək siyasi məhbusları azad etdi. Həmin il quraqlıq ucbatından İranda kənd təsərrüfatına böyük ziyan dəymişdi, ölkənin bəzi regionlarında aclıq və səfalət hökm sürürdü. İran dövlətinin yaranmasının 2 min illiyi ilə əlaqədar şahın Şiraz yaxınlığında keçirdiyi dəbdəbəli mərasim əhali arasında böyük narazılığa səbəb olmuşdu. Aclıq və səfalətin hökm sürdüyü bir zamanda mərasimdə qonaqlara 1 ton qara kürünün verilməsi gərginliyin pik nöqtəsini yaxınlaşdırdı. Əvvəlcə tələbələr, ardınca fəhlələr və kəndlilər meydanlara çıxaraq etiraza başladılar. Etirazlar elə kütləvi xarakter aldı ki, Rza şah ölkədən qaçmağa məcbur oldu. Taleyin ironiyası isə ondan ibarət idi ki, 1979-cu ilin yanvarında İrandan qaçan şahın və ailəsinin təyyarəsini ABŞ qəbul etmədi. Şah ailəsi ilə birlikdə Qahirəyə uçmaq məcburiyyətində qaldı.

Beləliklə, 15 illik sürgündən sonra S.R.Xomeyni 1979-cu ilin fevralında ölkəyə qayıdaraq inqilaba rəhbərlik etdi. “Şah qaçdı? İmam gəldi” şüarı ilə qarşılanan S.R.Xomeyni böyük nüfuza sahib idi. 1979-cu il fevralın 11-də baş verən inqilabdan sonra neft-qaz sənayesi xarici şirkətlərdən alınaraq dövlətə qaytarıldı. ABŞ ilə Avropa dövlətləri milyardlarla gəlirdən məhrum oldu və münasibətlər gərginləşdi.

Beləliklə, 1979-cu il inqilabından sonra ABŞ və Avropa milyardlarla dollar gəlirindən məhrum olaraq əvvəlki vəziyyəti qaytarmağa çalışırdı. Uzun illər iqtisadi sanksiyalara məruz qalan İran 2000-ci ildən ABŞ və Avropa dövlətləri ilə danışıqlara başlayaraq dünya iqtisadiyyatına inteqrasiya siyasəti yürütmək niyyətində olduğunu bildirdi. Nəticədə 2015-ci ilin iyununda İran ilə mətbuatda “altılıq” kimi adlanan dövlətlər (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, Çin) arasında “İranın nüvə proqramının məhdudlaşdırılmasına” dair sənəd imzalandı və BMT tərəfindən təsdiqləndi. Lakin ABŞ-ın həmin dövrdəki Prezidenti Donald Tramp razılaşmanı tanımaqdan imtina edərək iqtisadi sanksiyaları bərpa etdi.

Siyasi proseslər göstərir ki, bəzi böyük dövlətlər İran ilə bərabər hüquqlarda deyil, onun maddi sərvətlərini talamaq şərti ilə əməkdaşlıq etmək istəyindədirlər. İran nüvə proqramını dayandırdı və bu faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mütəxəssisləri də təsdiqlədilər. Lakin buna baxmayaraq, sanksiyalarla İranı iqtisadi gərginliyə salıb hakimiyyəti devirməyə və sözəbaxan hakimiyyət formalaşdırmağa çalışırlar. Bu istiqamətdə İranın daxilində də sabitliyi pozmaq üçün addımlar atılır. Əhaliyə təlqin etməyə çalışırlar ki, guya hakimiyyət nüvə tədqiqatları aparmaqla düzgün siyasət yürütmür və ABŞ-ı qıcıqlandırır. Əvvəlcə İranda kütləvi etirazlar baş tutdu. Lakin İran razılaşmaya əsasən, nüvə tədqiqatlarını dayandırdı. Buna baxmayaraq, ABŞ imza atdığı razılaşmada üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Artıq İranda hamı başa düşür ki, ölkəyə müdaxilə və sanksiyaların məqsədi heç də buraya demokratiya gətirib xalqı xoşbəxt etməkdən ibarət deyil. Əsl məqsəd İranın milli sərvətlərinə sahib olmaqdır.

Vyanada Qərb dövlətləri ilə danışıqlar, bununla yanaşı, qarşılıqlı ittihamlar və sanksiyalar davam edir. Artıq danışıqlar prosesi siyasi mübarizəyə çevrilib ki, bu mübarizədə kimin qalib gələcəyini isə zaman göstərəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO