İran Şinzo Abenin bu ölkəyə səfərinin regionda gərginliyi azaldacağına ümid edir
Tokio, 4 iyun, AZƏRTAC
İranın yüksəkvəzifəli rəsmi nümayəndəsi Yaponiyanın Baş Naziri Şinz Abenin bu ölkəyə gözlənilən səfərinin regionda gərginliyi zəiflədəcəyinə ümid etdiklərini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər nazirinin müavini Abbas Araqçı NHK telekanalına müsahibəsində danışıb.
Nazir müavini bildirib ki, ABŞ-ın yaxın müttəfiqi olan Yaponiya həmin ölkənin rəhbərliyinin yaranmış vəziyyəti anlaması üçün çox iş görə bilər.
Qeyd edilir ki, indiyə qədər İran ABŞ ilə danışıqlarda üçüncü ölkənin iştirakının əleyhinə olub. A.Araqçının söylədikləri İranın Yaponiyaya ABŞ ilə sıx münasibətlərə malik ölkə kimi baxdığını təsdiq edir.
Nazir müavini əlavə edib ki, Şinzo Abenin Tehrana iyunun 12-də başlanacaq səfəri zamanı o, İran dövlətinin rəhbərləri, o cümlədən ölkənin Ali lideri Ayətullah Əli Xamaneyi ilə görüşəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]