İranda 3 ton narkotik vasitə müsadirə edilib
Tehran, 21 yanvar AZƏRTAC
İranın Sistan-Bəllucistan bölgəsində keçirilən əməliyyatın nəticəsində 1 ton 297 kiloqram narkotik vasitə müsadirə edilib.
AZƏRTAC bölgənin sərhəd xidmətinin komandiri Səid Kamaliyə istinadla xəbər verir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı cinayətkar dəstələr “ağ ölümü” Əfqanistandan İrana və Avropaya daşımağa cəhd edirlər. Bu istiqamətdə aparılan mübarizədə sərhədçilər polis orqanları ilə yaxından əməkdaşlıq edir.
Onun sözlərinə görə, ötən həftə keçirilən birgə əməliyyat nəticəsində isə 49 kiloqram morfin, 27 kiloqram heroin, 359 kiloqram ekstazi və 3 ton tiryək ələ keçirilib.
Komandir bildirib ki, əvvəllərdə Əfqanistandan İrana narkotik vasitələrin qanunsuz yollarla keçirilməsi halları olub. Lakin 2001-ci ildə ABŞ qoşunlarının Əfqanistana daxil olmasından sonra narkotik vasitələrinin qaçaqmalçılığı artıb. Bu, onu deməyə əsas verir ki, Əfqanistanda xaş-xaş əkin sahələri və heroin istehsalı artıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]