İRANDA 4,4 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLMUŞDUR
Sentyabrın 12-də İranın cənubundakı Fars əyalətində Rixter cədvəli ilə 4,4 bal gücündə zəlzələ olmuşdur. Tehran Geofizika Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Carom qəsəbəsindən 235 kilometr cənub-şərqdə idi. Tələfat və dağıntı barədə məlumat daxil olmamışdır.
İran ərazisinin böyük hissəsi seysmik cəhətdən fəal zonada yerləşir. Son 13 il ərzində burada 950-dən çox orta və böyük güclü yeraltı təkan qeydə alınmışdır. Onların nəticəsində 17600 nəfər həlak olmuş, 53 mindən artıq adam yaralanmışdır.