İranda virusdan ölənlərin sayı azalsa da vəziyyət təhlükəli olaraq qalır
Tehran, 28 aprel, AZƏRTAC
İranda koronavirusun yayılması nəticəsində ölən və yoluxanların sayında azalma müşahidə edilsə də vəziyyət təhlükəli olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. O bildirib ki, son 24 saat ərzində 1112 nəfər virusa yoluxan aşkar edilərək xüsusi xəstəxanalara yönəldilib. Bu müddət ərzində 61 nəfər həyatını itirib. Beləliklə İranda yoluxanların sayı 92 min 584 nəfərə, ölənlərin sayı isə 5 min 877-yə çatıb.
Bununla yanaşı mətbuat katibi qeyd edib ki, xüsusi xəstəxanalarda müalicə alan 72 min 439 nəfər sağalaraq evə buraxılıb.
Qeyd olunub ki, İranda koronavirusla mübarizəyə 120 min həkim və tibbi personal cəlb olunub. Bundan başqa 150 min könüllü xəstələrin müalicəsində iştirak edir. Təəssüf ki, könüllülərdən 100 nəfəri virusa yoluxaraq həyatını itirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]