İrəvan Dövlət Azərbaycan Dram Teatrı balakənlilərə “Nurlu ömrün anları” tamaşasını təqdim edib
Balakən, 5 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 5-də Balakən rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının hazırladığı “Nurlu ömrün anları” tamaşası rayon ictimaiyyətinə təqdim olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Mədəniyyət Mərkəzindən məlumat verilib.
Tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı İftixar Piriyevdir. Səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanıb.