İslamiada: Səudiyyə Ərəbistanı millisi “Baku-2017”nin su polosu yarışının bürünc medalına sahib olub
Bakı, 17 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
Mayın 17-də IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışının sonuncu görüşü Azərbaycan və Səudiyyə Ərəbistanı milliləri arasında keçirilib.
AZƏRTAC xəbər verir ki, qarşılaşmada komandalar üçüncü yer uğrunda maraqlı və gərgin oyun nümayiş etdiriblər. Oyun 11:7 hesabı ilə Səudiyyə Ərəbistanı yığmasının üstünlüyü ilə başa çatıb. Beləliklə, Səudiyyə Ərəbistanı yığması İslamiadanın bürünc medalına sahib olub.
Bununla da “Baku-2017” IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışları başa çatıb.