İslamiadada Azərbaycanın aktivinə 44-cü qızıl medalı Elmir Cəbrayılov yazdırıb
Bakı, 17 may, AZƏRTAC
“Bakı-2017”də kişi paralimpiyaçılar arasında T12 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışında atletimiz Elmir Cəbrayılov məsafəni 11,14 saniyəyə qət edərək qızıl medal qazanıb. Bu, Azərbaycan millisinin İslamiadada 44-cü qızıl medalıdır.
AZƏRTAC xəbər verir ki, yarışda gümüş medalı Özbəkistan təmsilçisi Mansur Abdiraşidov, bürünc medalı isə mərakeşli Mahdi Afri əldə ediblər.