İSPANİYA KRALLIĞI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XOSE LUİS RODRİGES SAPATEROYA
Hörmətli cənab Sədr,
İspaniya Krallığının milli bayramı – İspan milləti günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-İspaniya dostluğu və əməkdaşlığı xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, ölkənizə əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2004-cü il.