İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
Bakı, 14 fevral, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə "Espanyol" və "Barselona" arasında Kataloniya derbisi İspaniya La Liqasının XXIV turuna təsadüf edib.
AZƏRTAC xəbər verir ki, "Kornelya El Prat" stadionunda keçirilmiş görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı ikinci dəqiqədə qonaq komandadan Pedri açıb. Qarşılaşmanın 40-cı dəqiqəsində Serxi Darder bərabərlik qolunu vurub. Oyunun 60-cı dəqiqəsində Raul de Tomas meydan sahiblərini hesabda önə çıxarıb.
Matçın 90+2-ci dəqiqəsində Niko Melamed və Jerar Pike bir-biriləri ilə münaqişəyə girdikləri üçün qırmızı vərəqə alaraq meydandan qovulublar.
Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə Lük de Yonqun qolu ilə xilas olub. Bununla da 23 oyundan 39 xal yığan "Barselona" 4-cü, 24 matçdan 28 xala malik "Espanyol" isə 13-cü pillədə yer alıb.